“Real”ın hücumçusu “Mançester Yunayted”ə keçə bilər

“Real”ın hücumçusu Endrik qış transfer pəncərəsində klubunu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “goal.com” portalı məlumat yayıb.

19 yaşlı forvard İngiltərəyə yollana bilər və o, “Mançester Yunayted”in diqqətini cəlb edib. “Qırmızı şeytanlar” onu hücumçusu Benjamin Şeşkonun zədəsi səbəbindən transfer etməyi planlaşdırır.

Braziliyalı futbolçunun “kral klubu” ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. O, cari mövsümdə İspaniya La Liqasında yalnız bir oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button