
“Real”ın hücumçusu İtaliya klubuna təklif olunub
“Real”ın hücumçusu Endrik karyerasını İtaliyada davam etdirə bilərmiş.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yay transfer pəncərəsinin əvvəlində “Yuventus”a təklif olunub. Söhbət satınalma hüququ olmadan icarədən gedir. Ancaq “Yuventus” rəhbərliyi daxili müzakirələrdən sonra bu keçiddən imtina edib.
İyulda 19 yaşı tamam olan forvard zədə səbəbindən cari mövsümdə hələ meydana çıxmayıb.
Endrikə İspaniyanın “Valensiya” və “Selta” klublarının da maraq göstərdiyi iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



