“Real”ın hücumçusu “Real Sosyedad”a keçə bilər
“Real”ın hücumçusu Alvaro Rodriges transfer pəncərəsi bağlanana qədər komandasını dəyişə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu ilə La Liqanın digər klubu “Real Sosyedad” maraqlanır. Daha əvvəl “Xetafe”nin də Rodrigeslə maraqlandığı bildirilirdi.
Ötən mövsüm “Real”ın ikinci komandasında çıxış edən 19 yaşlı forvard keçirdiyi 11 matçda 6 qol vurub. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin