
“Real”ın hücumçusu Fransa klubu ilə danışıq aparır
“Real”ın hücumçusu Endrik karyerasını Fransada davam etdirməyi planlaşdırır və “Lion”la icarə müqaviləsi barədə danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baziliyalı forvardın icarəsi alış hüququ olmadan həyata keçiriləcək.
Qərar gələn həftə rəsmiləşdiriləcək. Endrik özü də Fransada çıxış etmək istəyir.
19 yaşlı futbolçu 2025/26 mövsümündə “Real”ın heyətində heç bir oyunda iştirak etməyib. Onun madridlilərlə müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



