“Real”ın hücumçusu “Barselona” ilə oyunu buraxa bilər
“Real”ın hücumçusu Rodriqo Çempionlar Liqasının dünən Dortmund “Borussiya”sı ilə matçında (5:2) zədələnib. Braziliyalı futbolçu ikinci hissənin sonlarında əvəzlənib.
Komanda.az AS-a istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti Rodriqonun zədəsindən danışıb:
“Rodriqonun əzələ zədəsi var. O, üçüncü qoldan əvvəl çox kəskin hərəkət etdi. Təəssüf ki, amma bu, futboldur”.
Rodriqo səhhətindəki problemlərə görə bu həftə sonu “Barselona” ilə keçiriləcək oyunu buraxmaq riski ilə üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin