İspan futbolçu “Real”dan onu buraxmağı xahiş edib

“Real”ın heyəti yay transfer pəncərəsinin sonunda dəyişəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi Dani Sebalyos “Real”dan ayrılmaq istəyir. 27 yaşlı futbolçu Madrid klubundan onu buraxmağı xahiş edib. İspaniyalı futbolçu daha çox oynamaq imkanı olan komandada çıxış etmək istəyir.

Toni Kroos, Naço və Xoselu kimi futbolçular artıq Madrid klubundan gedib. Komandaya Kilian Mbappe və Endrik kimi yeni transferlər gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button