
Van Dayk İspaniya klubunun hədəfindədir
“Liverpul”un müdafiəçisi Vircil van Dayk yayda İspaniya La Liqasına keçə bilər.
Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, “Real” niderlandlı futbolçu ilə maraqlanır və yay transfer pəncərəsi dövründə onunla müqavilə bağlamaq niyyətindədir.
Van Dayk 2025-ci ilin yayında “Liverpul”la müqaviləsi bitəcəyi üçün azad agent olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin