
“Real”ın hədəfindəki futbolçu
“Real” növbəti transfer pəncərəsi üçün hədəf seçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” mərkəz və sağ müdafiəçi mövqelərini gücləndirmək istəyir.
Müdafiənin sağ cinahı üçün mümkün variantlar arasında “Liverpul”dan Trent Aleksander-Arnold var.
“Real” son matçlarında yaxşı oynamır. Karlo Ançelottinin komandası İspaniya çempionatında “Barselona”ya (0:4), UEFA Çempionlar Liqasının ümumi mərhələsində isə “Milan”a (1:3) məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin