“Real” Militaonu gözləyəcək
“Real”da yeni mərkəz müdafiəçisi tapmaq məsələsi gündəmdə deyil, çünki klub noyabrın əvvəlində çarpaz bağlarını qoparan Eder Militaoya ümid bəsləməkdə davam edir.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
“Kral klubu” braziliyalı futbolçunun sağalmasını gözləməyə hazırdır və onun 2025/26 mövsümünün əvvəlinə kimi tam sağalacağını proqnozlaşdırır. Madridlilər Militaonu komandanın layihəsində əsas oyunçulardan biri kimi görməkdə davam edirlər.
26 yaşlı müdafiəçi karyerasında ikinci dəfə çarpaz bağlarını qoparıb. Bu, ilk dəfə 2023-cü ilin avqustunda baş vermişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin