
“Real”ın gözü “Liverpul”un müdafiəçisindədir
“Real” gələn yay yeni müdafiəçi ilə müqavilə imzalaya bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Liverpul”dan Trent Aleksander-Arnoldun namizədliyi hələ də “kral klubu”nun marağı çərçivəsindədir. Madridlilər ingilis futbolçunun başa çatacaq müqaviləsindən yararlanmaq və 2025-ci ilin yayında onunla sözləşmə imzalamaq niyyətindədir.
8 ildir “Liverpul”da oynayan 25 yaşlı futbolçunun klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin