
“Real” “Liverpul”un futbolçusunu istəyir
“Real” “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallisterlə maraqlanır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubu argentinalı futbolçunun keyfiyyətlərinə görə komandaya uyğun olduğunu düşünür. “Real” hazırda Makallisterin potensial transferinin mümkünlüyü haqda danışıqlar aparır.
Daha əvvəl yarımmüdafiəçi bir gün La Liqada oynamaq istədiyini etiraf edib.
Makallister bu mövsüm bütün yarışlarda 44 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



