
“Real” Fransa klubunun qapıçısı ilə maraqlanır
“Real” “Lill”in qapıçısı Lukas Şevalyerə göz dikib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu yay transfer pəncərəsində başqa komandaya keçə biləcək ukraynalı qolkiper Andrey Lunini əvəzləmək üçün futbolçunu nəzərdən keçirir.
Şevalyerin 2027-ci ilin iyun ayının sonuna qədər “Lill”lə müqavilə öhdəlikləri var. 23 yaşlı qapıçı Fransa çempionatının son mövsümündə 34 oyun keçirib, 36 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin