
“Real” 2 sabiq futbolçusunu geri qaytarmaq istəyir
“Real” akademiyasının məzunlarından iki futbolçunu geri qaytara bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, söhbət Niko Paz və Migel Qutyerresdən gedir.
Birincisi hazırda “Komo”da çıxış edir, ikincisi isə “Jirona”nın rənglərini qoruyur. Pazın hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. Onun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.
Qutyerresə gəlincə, onun 2027-ci ilin ortalarına qədər “Jirona” qarşısında müqavilə öhdəlikləri var, dəyəri 25 milyon avrodur.
“Real” İspaniya çempionatının cari mövsümündə 31 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Karlo Ançelottinin komandası “Barselona”dan 4 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


