
“İnter” “Real”ın geri qaytarmağa çalışdığı oyunçu ilə maraqlanır
“İnter” “Komo”nun yarımmüdafiəçisi, əvvəllər “Real”da çıxış etmiş Nikolas Pazla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbr verir ki, Madrid klubu da “Komo”ya 9 milyon avroluq prioritet satınalma təklifi irəli sürmək niyyətindədir. Bundan sonra “İnter” “Real”la danışıqlara başlamağa hazırdır.
20 yaşlı futbolçu bu mövsüm 26 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



