“Real”ın transfer siyahısında 4 futbolçu var

“Real” artıq növbəti yay transfer pəncərəsi üçün planlar hazırlayır.

Komanda.az “The İndependent”-ə istinadən xəbər verir ki, Madrid klubu üç futbolçu ilə müqavilə imzalamağı planlaşdırır. Eyni zamanda, La Liqa nəhənginin “radar”ında dörd oyunçu var.

Belə ki, “Real” sağ cinahda “Liverpul”la cari müqaviləsi gələn ilin yayında başa çatacaq Trent Alksander-Arnoldu, həmçinin, meydanın mərkəzində “qızıl top”a iddialılar siyahısında olan “Mançester Siti”dən Rodrini almağa ümid edir.

“Kral klubu”nun üçüncü hədəfi mərkəz müdafiəçisidir. Madridlilər bu mövqeyə Uilyam Salibanı (“Arsenal”), ya da Kristian Romeronu (“Tottenhem”) almağı düşünür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button