
Ançelottidən Mbappenin mümkün transferi ilə bağlı açıqlama
“Real”ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin hücumçusu Kilian Mbappenin qış transfer pəncərəsində mümkün keçidi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın gələcəyinin müəyyənləşdiyini deyib:
“Mbappe? Ayrı-ayrı oyunçularla necə olacağını bilmirəm. Bu komandanın gələcəyi artıq müəyyənləşib. Klubun gələcəyini yazan Vinisius Junior, Rodriqo, Eduardo Kamavinqa, Federiko Valverde, Eder Militao var”.
23 yaşlı Mbappe bu mövsüm PSJ-nin heyətində 14 oyuna çıxıb və 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin