
“Real”ın futbolçusunun cəzasının müddəti bilindi
“Real”ın futbolçusu Çud Bellingem La Liqada iki oyunluq cəza alıb.
Komanda.az xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin 24-cü turda “Osasuna” ilə matçda xoşagəlməz ifadə işlətməsi səbəb olub.
İngiltərəli oyunçu fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub. O, oyundan sonra nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin