“Real”ın futbolçusundan Ronaldosuz, Messisiz “el klasiko” haqda açıqlama
“Real”ın futbolçusu Federiko Valverde Kriştiano Ronaldo və Lionel Messinin La Liqadan gedişindən sonra “Barselona” ilə keçirilən oyunlar barədə danışıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu, “el klasiko”ya olan marağın azalmadığını bildirib:
“Əlbəttə, hər iki komandadan ulduzlar getdi. “Real”dan Kriştiano Ronaldo, “Barselona”dan Lionel Messi. Onlar ekran qarşısına çoxlu insan topladılar. Milyonlarla insan onlara görə bu matçlara baxırdı.
Bu gün vəziyyət fərqlidir. Amma yenə də, “Real” və “Barselona”nın görüşünə maraq çoxdur.
Mən Cənubi Amerikadanam. Orda insanlar futboldan həyatlarının sonuncu oyunu kimi həzz alırlar. Mən də bu oyundan maksimum həzz alıram”.
“Real” və “Barselona” La Liqanın 29-cu turu çərçivəsində, martın 20-də qarşılaşacaq.
Bizi Facebook-da izləyin