“Real”ın futbolçusuna “meymun” dedilər
İspaniya La Liqasının “Jirona” – “Real” matçında azarkeşlər Madrid klubunun hücumçusu Vinisius Junioru təhqir ediblər.
Komanda.az xəbər verir ki, “Jirona” – “Real” oyununda Vinisius ikili mübarizə nəticəsində qazona yıxılıb və hakimdən qarşı tərəfi cəzalandırmasını tələb edib. Bu zaman “Jirona”nın futbolçusu topu braziliyalıya vurub. Vinisius rəqibin hərəkətinə emosional reaksiya verib və baş hakim “Real”ın cinah oyunçusuna sarı vərəqə göstərib.
Bundan sonra “Jirona” azarkeşləri Vinisiusa xitabən “mono, mono” (ispan dilindən “meymun, meymun” kimi tərcümə olunur) səslənməyə başlayıblar.
“El Confidencial”-ın məlumatına görə isə, oyun zamanı “Jirona” azarkeşləri “Vinisius, sən nə qədər pissən, nə qədər pissən” sözlərini mahnı kimi səsləndiriblər.
Oyun “Jirona”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Vinisius qollardan birinin müəllifi olub. O, 34-cü dəqiqədə fərqlənib.
Bizi Facebook-da izləyin