“Real”ın zədəli futbolçusu geri dönür

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos “Real Sosyedad”a qarşı oyunda iştirak edə bilər.

Komanda.az AS-a istinadən xəbər verir ki, 27 yaşlı ispaniyalı futbolçu budundan aldığı zədəni sağaldıb. O, milli komandaların oyunlarına görə yaranan fasilədən sonra yaşıl meydanlara qayıdacaq.

“Real” – “Real Sosyedad” matçı sentyabrın 17-də keçiriləcək.

Sebalyos 2022/23 mövsümündə “kral klubu”nun heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button