“Real”ın futbolçusu yenidən “Milan”da
İtaliyanın “Milan” klubu ötən mövsüm Madrid “Real”ından icarəyə götürdüyü Brahim Diası yenidən heyətinə qatıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Milanlılar 21 yaşlı futbolçunu yenidən icarəyə götürüblər. İspaniyalı yarımmüdafiəçi 2023-cü ilin 30 iyununa qədər bu klubun uğurları üçün çalışacaq. O, “10” nömrəli formanı geyinəcək.
Brahim Dias ötən mövsüm “Milan”ın heyətində 39 oyuna çıxıb, 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin