“Real”ın türkiyəli futbolçusu yenidən zədələndi
Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər yenidən sıradan çıxıb.
Komanda.az Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin sol bud əzələsində zədə aşkarlanıb.
Arda Gülər iyulun 7-də “kral klubu” ilə müqavilə imzalayıb. O, cari mövsümdə zədə səbəbindən meydana çıxa bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin