PSJ də qoşuldu – “Real”ın futbolçusu üçün mübarizəyə

İcarə əsasında “Borussiya”da (Dortmund) çıxış edən “Real”ın futbolçusu Əşrəf Hakimi daha bir klubun hədəfindədir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. Paris klubu, cari mövsümün sonunda komandadan ayrılması gözlənilən Tomas Munyenin boşluğunu Hakimi ilə doldurmaq niyyətindədir.

“Borussiya” ilə icarə müqaviləsi cari mövsümün sonunda bitəcək Hakimi, “Yuventus”, “Bavariya” və “Çelsi”nin də transfer hədəfindədir. Onun “Real”la müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button