
“Real”ın futbolçusu üçün mövsüm bitdi
“Real”ın futbolçusu Tibo Kurtua əməliyyat olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qapıçı sağ dizindən cərrahi müdaxiləyə ehtiyac duyub.
31 yaşlı qolkiper zədəsini yeni sağaltmasına baxmayaraq, komandanın son məşqində yenidən sıradan çıxıb. Həkimlər onun 2 aydan sonra məşqlərə başlayacağını açıqlayıblar. Bu isə o deməkdir ki, Kurtua üçün mövsüm başa çatıb.
Kurtua zədə ucbatından 2023/24 mövsümündə heç bir oyunda meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin