“Hazard “Real”dan ayrılmaq istəmir, ancaq…” – Kurtua

“Real”ın futbolçusu Tibo Kurtua komanda yoldaşı Eden Hazardla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, belçikalı qapıçı, tez-tez tənqid edilən həmyerlisini müdafiə edib:

“Hazard “Real”dan ayrılmaq istəmir, ancaq Madrid mətbuatı onun ayrılmaq istədiyini yazır. Onu çox tənqid edirlər. Hazard meydanda olmaq və titullar qazanmaq istəyir. O, düşdüyü vəziyyətdən çıxa biləcək gücdədir.

Hazard “Real”da önəmli futbolçulardandır. Son həftələrdə daha çox çalışır, fiziki vəziyyəti də yaxşıdır. Bəlkə də, heç vaxt fiziki baxımdan belə yaxşı olmayıb”.

2019-cu ildən “Real”da çıxış edən Hazard “kral klubu” ilə ümumilikdə 43 oyuna çıxıb, 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button