“Real”ın futbolçusu sıradan çıxıb
“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu İspaniya yığmasının heyətində sıradan çıxıb. Sebalyosun “Sevilya” ilə bugünkü görüşü buraxacağı bildirilir.
İspaniya mətbuatında yer alan məlumatlara görə, ispan futbolçu ən az 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
“Real” – “Sevilya” matçı bu gün saat 20:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin