“Sevilya” ilə oyundan əvvəl “Real”da ciddi itki

“Real”ın futbolçusu Serxio Ramos zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ramosun sol ayaq əzələsində problem aşkarlanıb. 35 yaşlı müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

“Real” İspaniya La Liqasının 35-ci turu çərçivəsində sabah “Sevilya” ilə qarşılaşacaq. Matç saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button