Ramos koronavirusdan danışdı: “Çindən öyrənəcəyimiz çox şey var”
“Real”ın futbolçusu Serxio Ramos koronavirusla bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan kapitan, koronavirusla mübarizədə Çin nümunəsindən istifadə etməli olduqlarını deyib:
“Çində əvvəlcə çox əziyyət çəkdilər, ancaq indi bütün dövlətlərdən demək olar irəlidədirlər. Çindən öyrənəcəyimiz çox şey var. Qəhrəmanlarımıza – tibb işçilərimizə kömək etməliyik. Bu virusa son qoymaq üçün alimlərimizə vaxt verməliyik ki, peyvənd tapsınlar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin