Serxio Ramos Mübarəkə çatdı

“Real”ın futbolçusu Serxio Ramos İspaniya milli komandasında 180-ci oyununu keçirib.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Kosovoya qarşı keçirilən matçda (3:1) iştirak edib. Bu qarşılaşma Ramos üçün rekordla əlamətdar olub.

Serxio Ramos Oman yığmasının sabiq üzvü Əhməd Mübarəkə çataraq, futbol tarixində milli komanda ilə ən çox oyun keçirən 3-cü futbolçu ünvanını əldə edib. Ramosun və Mübarəkin aktivində 180 oyun var.

Bu göstəricidə mütləq rekordçu Misir milli komandasının sabiq futbolçusu Əhməd Həsəndir. Onun aktivində 184 oyun var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button