“Real”ın futbolçusu sağalıb – MS ilə matçda oynaya bilər

“Real”ın mərkəz müdafiəçisi Antonio Rüdiger tezliklə meydana qayıdacaq. 31 yaşlı futbolçu əzələ problemlərinə görə son 4 matçı buraxıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu artıq tam sağalıb və çərşənbə günü “Mançester Siti” ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda iştirak etməyə hazırdır.

İngiltərədə keçirilən ilk oyunda “kral klubu” “şəhərlilər”i məğlub edib (3:2).

Rüdiger bu mövsüm Karlo Ançelottinin komandasında 34 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button