Varan getmək istəyir
“Real”ın futbolçusu Rafael Varan klubla müqaviləsini yeniləmək istəmir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi yay transfer pəncərəsi dövründə klubu tərk etmək niyyətindədir.
Varan karyerasını İngiltərədə – “Mançester Yunayted”da davam etdirmək istəyir. “Real” müdafiəçisini 70 milyon avroya satmağa razıdır.
Varanın “Real”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin