
Beyl 8 dəqiqə dözə bilmədi
“Real”ın futbolçusu Qaret Beyl komandasının “Leqanes”i 5:0 hesabıyla məğlub etdiyi oyunu sona qədər izləməyib.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Zədə səbəbiylə oyunu kənardan izləyən Beyl, qarşılaşmanın 82-ci dəqiqəsində artıq stadionu tərk edib. Uelsli futbolçunun buna görə cəzalanacağı gözlənilmir.
“Real” rəhbərliyi oyunlar zamanı heyətdə olmayan futbolçuları stadionu 80 dəqiqədən tez tərk etsə, cərimələyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin