“Real”ın futbolçusu məşqlərə qayıdıb
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem zədəsini sağaldıb.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu komanda ilə məşqlərə qayıdıb. Onun La Liqada noyabrın 26-da keçiriləcək “Kadis”ə qarşı matçda iştirakı gözlənilir.
İngilis oyunçu çiynindəki zədə səbəbindən AÇ-2024-ün seçmə mərhələsində Malta və Şimali Makedoniyaya qarşı görüşləri buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin