MS “Real”ın hücumçusu ilə maraqlanır

“Mançester Siti” “Real”ın vingeri Rodriqo ilə maraqlanır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Avropa klubları PSJ-nin sabiq hücumçusu Kilian Mbappenin gözlənilən transferi ilə bağlı “Real”dakı vəziyyəti izləyirlər. Mbappenin “kral klubu”na gəlişindən sonra bəzi futbolçular komandadakı yeni rolundan narazı qala bilərlər.

23 yaşlı braziliyalı futbolçu bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Rodriqo 2019-cu ildən Madrid klubunda oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button