
“Real”ın futbolçusu milliyə çağırılmadı
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde yaxın günlərdə Uruqvay millisinin keçiriəcəyi yoxlama görüşlərində iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Uruqvaylı futbolçunun milliyə çağırılmaması sağlamlıq problemləri ilə bağlı deyil. Belə qərar Valverde ilə yığmanın baş məşqçisi Marselo Byelsa arasında aparılan söhbətdən sonra verilib.
Uruqvay yığması oktyabrda iki yoxlama oyunu keçirəcək. Komanda Dominikan Respublikası və Özbəkistan milliləri ilə qarşılaşacaq.
Valverde indiyədək Uruqvay millisinin heyətində 71 oyuna çıxıb, 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



