
“Real”ın futbolçusu millidən ayrıldı
“Real”ın və Belçika yığmasının qapıçısı Tibo Kurtua milli komandadan ayrılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kurtuanın əzələsində problem var və onun “Real”a qayıtması ehtiyat tədbiridir.
Kurtua daha əvvəl AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika millisinin heyətində İsveçlə qarşılaşmada (3:0) çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin