“Real”ın futbolçusu sürücülük hüququndan məhrum edildi

“Real”ın futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb. Polis Marselonun spirtli içki qəbul edib-etməməsini yoxlamaq üçün test verməsini istəyib. Ancaq müdafiəçi bundan imtina edib.

Daha sonra Marselo yerli polis orqanları tərəfindən bir illik sürücülük hüququndan məhrum edilib.

Marselo 2013-cü ildə də sürücülük hüququndan məhrum edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button