Marselo vətənə qayıdır

“Real”ın futbolçusu Marselo qışda klubu tərk etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb. Braziliyalı müdafiəçi “Real”la müddəti 2022-ci ilin yayına qədər olan müqaviləsini yeniləmək istəmir və ölkəsinə qayıtmaq niyyətindədir.

Marselo daha çox oynayacağı bir komandaya keçmək istəyir. “El Nacional” nəşri Marselonun karyerasını “Fluminense” klubunda davam etdirəcəyini bildirib.

Marselo bu mövsüm “Real”la 2 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button