“Göstərdim ki, Ançelotti mənə güvənə bilər”
“Real”ın futbolçusu Marko Asensio La Liqanın 6-cı turunda “Malyorka”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 6:1 hesabıyla bitən qarşılaşmada het-trik edən ispan yarımmüdafiəçi, xoşbəxt olduğunu deyib:
“Üç qol vurduğum və oyuna əsas heyətdə başladığım üçün xoşbəxtəm. Göstərdim ki, baş məşqçimiz Karlo Ançelotti mənə güvənə bilər.
“Malyorka” yeni mövsümə yaxşı başlayıb. Hesaba baxanda, oyunun rahat keçdiyini düşünmək olar. Amma belə deyildi, bizim üçün asan olmadı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin