Daha bir il “Real”da qalmaq istəyir
“Real”ın futbolçusu Luka Yoviç növbəti mövsümdə də “kral klubu”nda qalmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, serbiyalı hücumçunun növbəti mövsümdə də komandada qalaraq, nəyə qadir olduğunu göstərmək istədiyi bildirilir.
Yoviç, “Real”dakı ikinci mövsümündə də özünü yaxşı tərəfdən göstərə bilməsə, komandadan ayrılacaq. Hücumçunun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.
2019-cu ilin yayında “Real”a keçən 22 yaşlı hücumçu, Madrid klubuyla 24 oyunda iştirak edib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin