“Benzema hazırda dünyanın ən yaxşı hücumçusudur”

“Real”ın futbolçusu Luka Yoviç açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Yoviç, komanda yoldaşı Kərim Benzemanın dünyanın ən yaxşı oyunçusu olduğunu söyləyib:

“Benzema 13 ildir “Real”da çıxış edir. O da mənim kimi 21 yaşında Madridə gəldi. Benzema məşqdə hər gün yeni şeylər öyrənəcəyim biridir. Hazırda dünyanın ən yaxşı hücumçusudur. Onunla birlikdə oynamaq zövqdür. Ümid edirəm ki, mən də onun səviyyəsinə çata bilərəm”.

Yoviç bu mövsüm La Liqada 10 oyunda 1 qol vurub. Benzema isə 17 qolla çempionatın bombardiridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button