
Modriç Mbappe haqda: “Keyfiyyətli bir irəliləyiş etmək istəyirsə…”
“Real”ın futbolçusu Luka Modriç PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb.
Komanda.az xəbər verir ki, “La Gazetta dello Sport”a açıqlama verən xorvatiyalı yarımmüdafiəçi, Mbappe haqda bunları deyib:
“Mbappenin demək olar hər şeyi var. Ancaq düşünürəm ki, keyfiyyətli bir irəliləyiş etmək istəyirsə, rəqabətin güclü olduğu çempionata getməlidir”.
Mbappe ilə “Real” və “Liverpul” maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin