Modriç: “Özümü 27 yaşda hiss edirəm”

“Real”ın futbolçusu Luka Modriç Çempionlar Liqasında “Atalanta”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan xorvatiyalı yarımmüdafiəçi, özünü daha gənc hiss etdiyini deyib:

“Məşqçi bizdən irəlidə oynamağımızı istədi. Bu, hər zaman etdiyimiz şeydir, özümüzə güvənirdik. Özümü 27 yaşda hiss edirəm. Mənə pasportda olan rəqəmlər deyil, meydandakı oyunum maraqlıdır. Yüksək səviyyədə mübarizə aparmaq və komandada daha çox qalmaq üçün çalışacam”.

“Real”ın “Atalanta”nı 3:1 hesabıyla məğlub etdiyi matçın ən yaxşı futbolçusu Luka Modriç seçilib.

35 yaşlı yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button