Modriç: “Tottenhem”ə qayıtmaq üçün çox yaşlıyam”

“Real”ın futbolçusu Luka Modriç açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi, sabiq komandası “Tottenhem”ə mümkün qayıdışı haqda danışıb:

“Tottenhem”ə qayıtmaq üçün çox yaşlıyam. Bu ili “Real”da keçirəcəm, daha sonra nə olacaq, görəcəyik. Özümü yaxşı hiss edirəm və daha bir neçə il futbol oynaya bilərəm. Növbəti ünvanım hara olacaq? Həqiqətən, bilmirəm. Hazırda bütün diqqətim “Real”dadır və bütün titulları qazanmaq istəyirik”.

Modriçin “Real”la müqaviləsi 2021-ci ilin yayına qədərdir. 35 yaşlı yarımmüdafiəçi 2008-2012-ci illər aralığında “Tottenhem”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button