“Real”ın futbolçusu klub rəhbərliyinə müraciət etdi: ayrılmaq istəyir
İspaniyanın “Real” klubunun futbolçusu Martin Odeqard komandadan ayrılmağa qərar verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, norveçli futbolçu kifayət qədər oyun şansı qazanmadığı üçün “kral klubu”ndan ayrılmaq istəyir. 22 yaşlı futbolçu bununla bağlı klub rəhbərliyinə də müraciət edib və komandadan ayrılığına icazə verilməsini tələb edib. Məlumata görə, baş məşqçi Zinəddin Zidan Odeqardın ayrılığına müsbət yanaşmır. O, komandada ola biləcək zədə və cəza hallarında futbolçunu əvəzləyici olaraq görür. Odeqard isə əsas heyət üzvü olmaq istəyir.
“Real”ın norveçli futbolçunu icarəyə verməsi də istisna olunmur.
Odeqardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, cari mövsümdə bütün turnirlərdə 9 oyunda iştirak edib.
Bizi Facebook-da izləyin