“Bu anadək sərgilədiyimiz oyunla qrupdan çıxa bilmərik” – “Real”ın futbolçusu
“Real”ın futbolçusu Kazemiro Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Brügge” ilə qollu bərabərə qaldıqları oyundan (2:2) sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi, belə oyunla qrupdan çıxa bilməyəcəklərini deyib:
“Çempionlar Liqasında istədiyimiz nəticəni ala bilmirik. Bu ana kimi sərgilədiyimiz oyunla qrupdan çıxa bilmərik. Ancaq yenə də, hər şey öz əlimizdədir. Qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq.
Açığı, 2:2 hesablı heç-heçə gözləmirdik. Amma iki top fərqiylə geriyə düşdükdən sonra yaxşı reaksiya göstərdik və bərabərliyi əldə etdik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin