“Bu, aşkar penalti idi” – “Real”ın futbolçusu
“Real”ın futbolçusu Kazemiro La Liqada “Barselona” ilə qolsuz bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi, hakimə qəzəbli olduqlarını deyib:
“Oyun zamanı Rafael Varanın epizodu ilə bağlı şübhəm var idi. Ancaq fasilədə Varanın ayağına və videoya baxdıqda şübhə qalmadı, bu, aşkar penalti idi. Ən azı, hakimlər qərarı yenidən nəzərdən keçirmədikləri üçün qəzəbliyik. Penalti təyin edər və ya etməz, bu, başqa məsələ. Amma epizoda baxılmalı idi. Açığı, mən VAR xoşlamıram. Səhvlər, qalmaqallar və mübahisələrlə futbol daha gözəldir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin