“Real”ın futbolçusu milliyə çağırılacaq – İlk dəfə

“Real”ın müdafiəçisi Alvaro Karreras İspaniya millisinin məşqçilər heyətini heyran edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Luis de la Fuente futbolçunu komandanın növbəti toplanışına çağıracaq. Karreras yaxşı çıxış etsə, o, İspaniya millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə cəlb oluna bilər.

22 yaşlı müdafiəçi yay transfer pəncərəsində “Benfika”dan “Real”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button