“Real”ın futbolçusu həbs təhlükəsi ilə üz-üzə
İspaniyanın “Real” klubunun üzvü Luka Yoviç həbs oluna bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb serbiyalı futbolçunun ölkəsində karantin qaydalarını pozmasıdır. Mart ayında Belqradda koronavirusla bağlı tətbiq olunan karantin qaydalarını pozan hücumçu 6 aylıq həbs edilə bilər.
Serbiya məhkəməsinin bu gün 22 yaşlı futbolçuyla bağlı qərarı açıqlaması gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin