“Karantindən sonrakı ilk həftədə hər şey qəribə gəlirdi” – Hazard
“Real”ın futbolçusu Eden Hazard “kral klubu”nun rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi, meydançada məşqlərə başladıqları üçün çox xoşbəxt olduğunu deyib:
“Meydana qayıtmağım, komanda yoldaşlarımla məşqlərə başladığım üçün çox xoşbəxtəm. İki aylıq fasilədən sonra daha çox fiziki məşqlərə ehtiyacım vardı. Daha çox toplu çalışmaları yerinə yetirirəm.
Pandemiyadan sonrakı ilk oyunumuza hazır olmaq istəyirəm. Hamımız oyunların başlayacağı vaxtı gözləyirik. Karantindən sonrakı ilk həftədə hər şey qəribə gəlirdi. Ancaq artıq hər şey əvvəlki kimi qaydasındadır”.
Koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 12-də bərpa olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin